Tacikistan təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib

Tacikistan təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib XİN başçısının müavini Tacikistan prezidentinin Azərbaycan dövlətinin başçısına ünvanlanmış təşəkkürünü də çatdırıb
Xarici siyasət
28 Yanvar , 2016 10:51
Tacikistan təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov çərşənbə günü bu ölkənin xarici işlər nazirinin müavini Pərviz Davlatzoda ilə görüşüb. 

"Report" Tacikistan XİN-in rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı XİN başçısının müavini Dağlıq Badaxşan muxtar vilayətində baş vermiş zəlzələdən sonra göstərilən humanitar yardıma görə, Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib və Tacikistan prezidentinin Azərbaycan dövlətinin başçısına ünvanlanmış təşəkkürünü də çatdırıb.

"Həmçinin səmimi və konstruktiv atmosferdə ikitərəfli və regional xarakterli aktual məsələlərin müzakirəsi edilib", - XİN-in məlumatında deyilir.