Azərbaycan və Rusiyanın XİN rəhbərləri ikitərəfli münasibətləri müzakirə ediblər

Azərbaycan və Rusiyanın XİN rəhbərləri ikitərəfli münasibətləri müzakirə ediblər Müzakirələr telefon söhbəti zamanı baş tutub
Xarici siyasət
1 Fevral , 2018 22:17
Azərbaycan və Rusiyanın XİN rəhbərləri ikitərəfli münasibətləri müzakirə ediblər

Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Fevralın 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında telefon danışığı olub. Söhbət zamanı ikitərəfli münasibətlərin aktual məsələləri, beynəlxalq və regional gündəm müzakirə olunub", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi