Azərbaycan və Rusiyanın silahlı qüvvələrinin baş qərargah rəisləri hərbi-texniki əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər

Azərbaycan və Rusiyanın silahlı qüvvələrinin baş qərargah rəisləri hərbi-texniki əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Rusiya müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov Azərbaycan Müdafiə nazirinin birinci müavini, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla görüşüb.
Xarici siyasət
10 İyul , 2019 16:38
Azərbaycan və Rusiyanın silahlı qüvvələrinin baş qərargah rəisləri hərbi-texniki əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Rusiya müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov Azərbaycan Müdafiə nazirinin birinci müavini, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla görüşüb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

Görüş zamanı tərəflər beynəlxalq və regional təhlükəsizlik problemlərini, habelə hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini, o cümlədən Xəzərdə müdafiə qurumlarının qarşılıqlı fəaliyyətini müzakirə ediblər.

Xatırladaq ki, Bakıda işgüzar səfərdə olan V.Gerasimov NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının rəhbəri Tod Uolterslə danışıqlar aparacaq.

Son xəbərlər

Orphus sistemi