Azərbaycan və Rusiya prezidentləri Tehranda bir sıra mühüm məsələləri müzakirə edəcəklər

Azərbaycan və Rusiya prezidentləri Tehranda bir sıra mühüm məsələləri müzakirə edəcəklər Gündəlikdə Dağlıq Qarabağ münaqişəsi, nəqliyyat, kənd təsərrüfatı və enerji məsələləri dayanır
Xarici siyasət
1 Noyabr , 2017 07:57
Azərbaycan və Rusiya prezidentləri Tehranda bir sıra mühüm məsələləri müzakirə edəcəklər

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşlərindən savayı dövlət başçıları İlham Əliyev və Vladimir Putin arasında ikitərəfli formatda görüş də nəzərdə tutulub.

“Report” xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçılarının "Şimal-Cənub" nəqliyyat dəhlizi, onun Qərb qolu layihəsini müzakirə edəcəklərini bildirib.

Gündəlikdə həmçinin kənd təsərrüfatı sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının üçüncü ölkəyə göndərilməsi, Rusiyadan Azərbaycana qaz ixracının artırılması, neft hasilatının azaldılması üzrə OPEK+ müqaviləsinin müddətinin uzadılması, eləcədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirəsi dayanır.

Son xəbərlər

Orphus sistemi