Yuxarı

​Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

İki ölkə arasında əməkdaşlıq münasibətlərinin aktual məsələləri ətrafında fikir mübadiləsi davam etdirilib

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. 

"Report"un verdiyi xəbərə görə, Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

"Telefon danışığı zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin aktual məsələləri, xüsusilə də ticarət-iqtisadi sahədə əməkdaşlıq ətrafında fikir mübadiləsi davam etdirilib", - deyə məlumatda bildirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi