Bakı. 27 sentyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Rumıniya baş nazirinin strateji tərəfdaşlıqların yerinə yetirilməsi məsələləri üzrə müavini Ana Birçal ilə görüşüb.
"Report" Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər iqtisadi əməkdaşlıq məsələlərini xüsusi vurğulamaqla ikitərəfli əməkdaşlıq gündəliyi, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə geniş fikir mübadiləsi aparıb.
Görüş zamanı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rumıniya Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələrə dair 2019-2020-ci illər üzrə Birgə Fəaliyyət Planı imzalanıb.