Azərbaycan və Qırğızıstan XİN başçıları telefonla danışdı

Azərbaycan və Qırğızıstan XİN başçıları telefonla danışdı Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun qırğız həmkarı Çingiz Aydarbekov ilə telefon danışığı olub.
Xarici siyasət
27 Aprel , 2020 18:58
Azərbaycan və Qırğızıstan XİN başçıları telefonla danışdı
Report

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun qırğız həmkarı Çingiz Aydarbekov ilə telefon danışığı olub.

"Report" xəbər verir ki, söhbət zamanı tərəflər ikitərəfli və çoxtərəfli formatda mövcud əməkdaşlıq gündəliyini müzakirə ediblər.

Nazirlər mövcud vəziyyətə toxunaraq hər iki dövlətin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər ətrafında fikir mübadiləsi aparıb və bu xüsusda, qarşılıqlı dəstək və əməkdaşlığın, təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.

Telefon danışığı zamanı Azərbaycan və Qırğızıstanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının perspektivləri müzakirə olunub və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib.

Son xəbərlər

Orphus sistemi