Azərbaycan və Qətərin XİN rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan və Qətərin XİN rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə ediblər Görüş 16-cı Doha Qlobal Forumu çərçivəsində baş tutub
Xarici siyasət
21 May , 2016 22:50
Azərbaycan və Qətərin XİN rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakı. 21 May. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində Qətər Dövlətinin xarici işlər naziri Muhammad bin Abdurrahman bin Casim Al Tani ilə görüşüb.

Nazirlikdən “Report”a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin mövcud səviyyəsindən məmnunluq ifadə olunub.

Həmçinin siyasi, iqtisadi, ticarət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi