Azərbaycan və Qazaxıstan XİN başçıları Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar

Azərbaycan və Qazaxıstan XİN başçıları Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar Elmar Məmmədyarov qazaxıstanlı həmkarı Yerlan İdrisovla görüşüb
Xarici siyasət
9 Dekabr , 2016 09:50
Azərbaycan və Qazaxıstan XİN başçıları Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qazaxıstanlı həmkarı Yerlan İdrisovla görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş Almaniyanın Hamburq şəhərində keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində baş tutub.

Görüşdə nazirlər Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın dostluq və qarşılıqlı anlaşma əsasında hərtərəfli və dinamik inkişafından məmnunluq ifadə ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyətinə toxunublar.

Tərəflər, həmçinin Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi