Yuxarı

​Azərbaycan və Polşa prezidentləri NATO sammiti çərçivəsində görüşəcəklər

Görüş Varşavada baş tutacaq

Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycan və Polşa prezidentləri İlham Əliyev və Ancey Duda Varşavada NATO sammiti çərçivəsində görüşəcəklər.

"Report" xəbər verir ki, bu barədə "Polskoe radio" məlumat yayıb.

Polşa prezidenti Dəftərxanasında dövlət katibi Kşiştof Şerskinin məlumatına görə, Dudanın Əfqanıstan, Azərbaycan, Latviya və Ukrayna prezidentləri ilə planlaşdırılmış görüşləri var.

"Azərbaycan Qafqazda mühüm tərəfdaşdır və bu, nəticə etibarı ilə ilk görüş olmayacaq", - deyə Şerski qeyd edib.

İyulun 8-9-da Varşavada keçiriləcək NATO sammitində 18 prezident, 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə naziri iştirak edəcək. Sammit üçün 2103 nəfər, NATO-nun 28 ölkəsindən və 26 tərəfdaş ölkədən 65 nümayəndə heyəti, eləcə də BMT, Avropa İttifaqı, Dünya Bankı və NATO qərargahının nümayəndələri qeydiyyatdan keçib.

İyulun 7-də Polşa prezidenti Andjey Duda NATO baş katibi Yens Stoltenberq başçılıq etdiyi Alyansın nümayəndə heyəti ilə görüşəcək. İyulun 8-də onlar "NATO sülhün müdafiəsində: 2016 və sonra" adlı beynəlxalq ekspert konfransının açılışında iştirak edəcəklər. Dövlət və hökumət başçılarının ilk görüşü yerli vaxtla 15:30-a (Bakı vaxtı ilə 17:30-a) planlaşdırılıb. Həmin görüşdə NATO-nun şərq cinahının möhkəmləndirilməsi ilə bağlı qərarlar qəbul edilə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi