Azərbaycan və Pakistan Ombudsmanları Anlaşma Memorandumu imzalayıb

Azərbaycan və Pakistan Ombudsmanları Anlaşma Memorandumu imzalayıb İmzalama mərasimi Asiya Ombudsmanlar Assosiasiyası Direktorlar Şurasının iclası çərçivəsində baş tutub
Xarici siyasət
10 Mart , 2016 10:17
Azərbaycan və Pakistan Ombudsmanları Anlaşma Memorandumu imzalayıb

Bakı. 10 mart. REPORT.AZ/ Pakistanın Federal Ombudsmanı Salman Faruq dünən Tokioda Azərbaycan, İran və Qırğızıstan ilə qarşılıqlı və ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə üç anlaşma memorandumu imzalayıb.

"Report" Pakistanın "Business Recorder" nəşrinə istinadən xəbər verir ki, imzalama mərasimi Asiya Ombudsmanlar Assosiasiyası Direktorlar Şurasının 7-10 mart tarixlərində Yaponiyada keçirilən iclası çərçivəsində baş tutub.

S.Faruqun sözlərinə görə, sənədlərin imzalanması ikitərəfli əməkdaşlığın, təcrübə mübadiləsinin gücləndirilməsinə və ölkələr arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edəcək.

Qeyd olunur ki, Tokioda Direktorlar Şurasının iclasında Azərbaycan, İran, Tatarıstan, İndoneziya, Malayziya, Honkonq, Yaponiya nümayəndələri iştirak edib.

Son xəbərlər

Orphus sistemi