Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlər müzakirə edilib

Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlər müzakirə edilib Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində Özbəkistan Respublikasının xarici işlər nazirinin birinci müavini Farhod Arziyev ilə görüşdü. Görüş zamanı tərəflər ölkələr
Xarici siyasət
12 Oktyabr , 2021 21:10
Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlər müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində Özbəkistan Respublikasının xarici işlər nazirinin birinci müavini Farhod Arziyev ilə görüşdü.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.

Görüş zamanı tərəflər ölkələr arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etdi, bu münasibətlərin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsi və genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu vurğuladı.

Görüşdə, Azərbaycan və Özbəkistan arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulandı.

Görüş zamanı nazir Ceyhun Bayramov həmkarına Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən geniş bərpa və quruculuq işləri haqqında məlumat verib. Tərəflər müxtəlif istiqamətlər üzrə, o cümlədən mədəni irsin bərpası sahəsində birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi