Azərbaycan və on ölkə nasistlərin və onların tərəfdarlarının qəhrəmanlaşdırılmasına qarşı çıxdı

Azərbaycan və on ölkə nasistlərin və onların tərəfdarlarının qəhrəmanlaşdırılmasına qarşı çıxdı On bir ölkənin ATƏT yanında Daimi Nümayəndəlikləri II Dünya Müharibəsi ilə əlaqədar tarixi həqiqəti müdafiə etmək və qorumaqla bağlı çağırış ediblər.
Xarici siyasət
262
7 May , 2021 23:38
Azərbaycan və on ölkə nasistlərin və onların tərəfdarlarının qəhrəmanlaşdırılmasına qarşı çıxdı

On bir ölkənin ATƏT yanında Daimi Nümayəndəlikləri II Dünya Müharibəsi ilə əlaqədar tarixi həqiqəti müdafiə etmək və qorumaqla bağlı çağırış ediblər.

“Report”un məlumatına görə, bu barədə Daimi Nümayəndələrin Böyük Vətən müharibəsində Qələbənin 76 illiyi münasibəti ilə qəbul etdiyi birgə bəyanatda deyilir.

Bəyanat Azərbaycan, Ermənistan, Belarus, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Rusiya, Serbiya, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndələri tərəfindən qəbul edilib.

“Müqəddəs borcumuz, xalqlarımızın yaddaşında və arxiv sənədlərində saxlanılan həmin hadisələr haqqında tarixi həqiqəti qorumaq və qətiyyətlə müdafiə etməkdir. II Dünya Müharibəsi tarixinin, onun səbəblərini və nəticələrini saxtalaşdırmaq, nasizmə qarşı mübarizə aparanların və qurbanlarının xatirəsini təhqir etmək müasir beynəlxalq münasibətlərin təməllərinin manipulyasiyasına və pozulmasına kömək edir.

Bu baxımdan nasist hərəkatının istənilən formada, xüsusəndə "SS" zabitlərinin və onların tərəfdarlarının qəhrəmanlaşdırılması, faşist keçmişini tərifləmək üçün abidələrin ucaldılması və kütləvi nümayişlərin keçirilməsi, nasist hərəkatı və neo-Nasizmin təbliğ edilməsi, anti-Hitler koalisiyasına qarşı mübarizə aparan, nasist hərəkatı ilə əməkdaşlıq edən, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətmişlərin, habelə qəhrəmanlaşdırılması üçün küçələrə onların adların verilməsi qəbuledilməzdir”.

Qeyd edək ki, 2016-cı ildə Ermənistan paytaxtı Yerevanda Böyük Vətən müharibəsi illərində almanların yanında olan Qaregin Nijdeyə hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub.

Miliyyətcə erməni olan Qaregin Njde İkinci Dünya müharibəsi dövründə qızıl ordu sıralarından əsir düşmüş erməni əsgərlərindən ibarət “Erməni legionu” formalaşdırıb. Vermaxt sıralarında döyüşməyə başlayan bu legion Polşa və Ukraynada minlərlə dinc sakinə qarşı cinayətlər törədib, Qərbi Krımda iyirmi mindən çox dinc sakini qətlə yetirib.

Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib.

Son xəbərlər

Orphus sistemi