Azərbaycan və Meksika Mərkəzi bankları arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Meksika Mərkəzi bankları arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub Meksikanın Azərbaycandakı səfiri Elman Rüstəmovla görüşüb
Xarici siyasət
29 Dekabr , 2016 19:19
Azərbaycan və Meksika Mərkəzi bankları arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub

Bakı. 29 dekabr. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ilə Azərbaycan Mərkəzi Bankın sədri Elman Rüstəmov arasında görüş keçirilib.

Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, R.Labardini səfirliyin açılması tarixi barədə məlumat verib və son illərdə ikitərəfli münasibətlərdə müşahidə olunan irəliləyişdən söz açıb.

Bundan əlavə, Meksikanın Mərkəzi Bankının fəaliyyəti və son on illiklər ərzində ölkəsinin maliyyə və iqtisadi sistemlərin inkişafında görülən işlərdən danışıb. Eyni zamanda, Meksika iqtisadiyyatına aid vacib göstəriciləri və onun dünyadakı hazırkı mövqeyini diqqətə çatdırılıb.

Mərkəzi Bankın sədri müvafiq xarici institutların təcrübəsini tanımaq və araşdırmağın zəruriətini vurğulayıb. Həmçinin, Azərbaycanda bank sisteminin tarixi və inkişafı yollarından danışıb. Bu xüsusda biliklərin mübadiləsi sözügedən strukturun inkişafı üçün faydalı ola biləcəyi qeyd olunub.

Hər iki tərəf Meksika və Azərbaycanın Mərkəzi bankları arasında texniki əməkdaşlığın yollarını axtarmaq və əlaqələri genişləndirməyə dair ideyalarını, habelə istəklərini ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi