Azərbaycan və Malayziya XİN-ləri arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı məktub mübadiləsi olub

Azərbaycan və Malayziya XİN-ləri arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı məktub mübadiləsi olub Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Malayziyanın xarici işlər naziri Anifah Aman arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.
Xarici siyasət
27 Aprel , 2018 15:18
Azərbaycan və Malayziya XİN-ləri arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı məktub mübadiləsi olub
Report

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Malayziyanın xarici işlər naziri Anifah Aman arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, E.Məmmədyarov həmkarına ünvanladığı məktubunda Azərbaycanın Malayziya ilə dostluq, qarşılıqlı anlaşma və etimad ruhunda olan səmimi dialoq və əməkdaşlığına böyük əhəmiyyət verdiyini bildirib.

Nazir iki ölkənin ortaq maraq və yaxın əməkdaşlıq əsasında qurulmuş səmimi bir münasibət formaşlaşdırdığını qeyd edib. O, iki ölkəni daha da yaxınlaşdırmaq üçün ən yaxşı zəmanət olan insanlararası münasibətlərin gücləndirilməsinin, qarşılıqlı olaraq xalqlarımızın mədəniyyətlərinə marağın artırılmasının böyük əhəmiyyət daşıdığını vurğulayıb.

E.Məmmədyarov həmçinin Malayziyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləyən mövqeyini, bu çərçivədə qəbul olunmuş BMT və İƏT-in müvafiq qətnamələrini dəstəklməsinin yüksək qiymətləndirdiyini diqqətə çatdırıb və bu dəstəyin davam edəcəyinə əminliyin ifadə edib.

A.Aman E.Məmmədyarova məktubunda ötən 25 il ərzində iki ölkə arasında əlaqələrin bir çox sahələrdə, o cümlədən insanlararası münasibətlər səviyyəsində son dərəcə inkişaf etdiyini qeyd edib. O bildirib ki, iki ölkə arasında qarşılıqlı anlaşma və rəğbət əsasında formalaşmış çoxşaxəli ikitərəfli münasibətlər təqdirəlayiqdir. Həmçinin nazir ikitərəfli əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsi üçün gələcəkdə birgə fəaliyyətin davam etdirilməsinə hazır olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi