Yuxarı
    Bağlamaq

    Azərbaycan və Macarıstan arasında strateji əməkdaşlıq sazişi imzalanıb

    Prezident İlham Əliyev Viktor Orbanı Azərbayacana rəsmi səfərə dəvət edib

    Bakı. 11 noyabr. REPORT.AZ/ Macarıstanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin baş naziri Viktor Orban ilə görüşüb. “Report”un məlumatına görə, görüşün yekununda V.Orban mətbuata açıqlamasında Azərbaycan və Macarıstan arasında strateji əməkdaşlıq sazişi imzalandığını bildirib.

    Macarıstan Baş Naziri Azərbaycanın çox vacib ölkə olduğunu vurğulayıb: “Azərbaycan Şərqlə Qərb arasında körpüdür”.

    O, Macarıstan və Azərbaycan arasında mövcud ikitərəfli münasibətləri yüksək qiymətləndirib. O, ümid etdiyini bildirib ki, bu gün imzalanmış sənəd münasibətlərin inkişafına təkan verəcək.

    Orban onu da bildirib ki, Azərbaycan Avropanın enerji təminatı baxımından vacib ölkədir.

    Prezident İlham Əliyev V.Orbanı Azərbayacana rəsmi səfərə dəvət edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi