Azərbaycan və Macarıstan XİN rəhbərləri iki ölkə arasında ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycan və Macarıstan XİN rəhbərləri iki ölkə arasında ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər Siyarto: Azərbaycan Avropanın energetika təhlükəsizliyi sahəsində mühüm rol oynayır
Xarici siyasət
3 Noyabr , 2014 16:23
Azərbaycan və Macarıstan XİN rəhbərləri iki ölkə arasında ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyartonu qəbul edib. "Report" xəbər verir ki, söhbət təkbətək və geniş tərkibli formatda keçirilib. 

Görüşün yekunları ilə bağlı brifinqdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, o, həmkarını Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin gedişi haqqında məlumatlandırıb. Görüş zamanı Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlərin inkişaf, eləcə də Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə olunub. 

E.Məmmədyarov qeyd edib ki, iki ölkə arasında birbaşa reyslər davam etdiriləcək, bu da turizm sahəsində əlaqələri daha da genişləndirməyə imkan verəcək.

Macarıstanın xarici işlər  və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto iki ölkə arasında əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib. P.Siyarto bildirib ki, Azərbaycan Avropanın energetika təhlükəsizliyi sahəsində mühüm rol oynayır. 

Son xəbərlər

Orphus sistemi