Bakı. 15 may. REPORT.AZ/ Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkə Seyminin (parlament) sədr müavini Gediminas Kirkilasla görüşüb.
Azərbaycanın Litvadakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanla Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunub.
Səfir Həsən Məmmədzadə Azərbaycanla Litva arasında ikitərəfli əlaqələrin dinamik inkişaf etdiyini qeyd edərək parlamentlərarası əlaqələrin səviyyəsindən razılıq bildirib. O, hazırda Litva Seymində Azərbaycanla əlaqələr üzrə Parlamentlərarası qrupun üzvlərinin sayının 51 nəfər təşkil etdiyini vurğulayaraq, iki ölkə arasında əməkdaşlığın inkişafında parlamentlərin imkanlarının maksimum səfərbər olunmasının vacibliyini qeyd edib.
H.Məmmədzadə həmçinin Litva Seymi sədrinin müavininə "
Görüşdə, eyni zamanda, son zamanlar regionda və dünyada cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb
