Azərbaycan və Küveytin XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan və Küveytin XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Küveytin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Xalid Al Hamad Al Sabah ilə görüşüb.
Xarici siyasət
26 Sentyabr , 2018 14:22
Azərbaycan və Küveytin XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər
0 : 00
0 : 00

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Küveytin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Xalid Al Hamad Al Sabah ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirlər BMT-nin Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində bir araya gəliblər. 

Nazirlər iki ölkə arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətləri və onların perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi