Yuxarı

Azərbaycan və Kosta-Rika arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Elmar Məmmədyarov Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonsales Sanz ilə görüşüb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonsales Sanz ilə görüşüb. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı və gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Azərbaycanın Cənubi və Mərkəzi Amerika regionu ölkələri ilə münasibətlərə xüsusi önəm verdiyini, bu xüsusda, Azərbaycanın Kosta-Rika ilə də əməkdaşlıqda maraqlı olduğunu bildirib. Kosta-Rikalı nazirin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edən XİN başçısı iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirib.

Kosta-Rikanın XİN başçısı Manuel Qonsales Sanz azərbaycanlı həmkarı ilə yenidən görüşməsindən məmnunluq hissi keçirdiyini bildirərək, ölkəsinin Azərbaycanla bütün sahələrdə, xüsusilə iqtisadi, humanitar və turizm sahələrində əməkdaşlığın genişdirilməsi və birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə həmçinin iki ölkə arasında müqavilə-hüquq bazasının inkişaf etdirilməsi və qarşılıqlı səfərlərin sayının artırılması kimi məsələlər də müzakirə olundu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi