Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı olub Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığı baş tutub.
Xarici siyasət
6 Noyabr , 2021 16:36
Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında telefon danışığı olub.

"Report"un məlumatına görə, bunu C.Bayramov tvitter səhifəsində yazıb.

"İrandan olan hörmətli həmkarımla telefon danışığımız oldu. Ona möhkəm cansağlığı və COVID-19-dan tezliklə sağalmağı arzuladım. Biz qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, regionda sülh və firavanlığa töhfə vermək öhdəliyimizi bir daha bəyan etdik", - nazir bildirib.

Son xəbərlər

Orphus sistemi