Yuxarı
    Bağlamaq

    Azərbaycan və İsrail şəhərləri qardaşlaşacaq

    Tirat-Karmel şəhərinin meri Arye Talın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək© Report.az

    Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycanın Şamaxı şəhəri və İsrailin Tirat-Karmel şəhəri sentyabrın 5-də qardaşlaşacaq.

    Bu barədə "Report"a müsahibəsində "Azərbaycan-İsrail" (Azİz) Beynəlxalq Assosiasiyasının rəhbəri Lev Spivak məlumat verib.

    Onun sözlərinə görə, bununla əlaqədar Tirat-Karmel şəhərinin meri Arye Talın başçılıq etdiyi nümayəndə heyəti Şamaxı şəhərinin İcra Hakimiyyəti ilə müvafiq müqavilə imzalamaq üçün Azərbaycana səfər edəcək.

    Nümayəndə heyətinin tərkibinə merin müavini, bələdiyyə direktoru, eləcə də "Azİz"in üzvləri daxil olacaqlar.

    L.Spivak bildirib ki, hazırda Azərbaycanın İsmayıllı və İsrailin Kiryat-Byalik şəhərlərinin qardaşlaşması ilə bağlı işlər görülür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi