Azərbaycan və İranın XİN rəhbərləri arasında telefon danışığı olub

Azərbaycan və İranın XİN rəhbərləri arasında telefon danışığı olub Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərif arasında telefon söhbəti olub.
Xarici siyasət
4 Yanvar , 2020 19:32
Azərbaycan və İranın XİN rəhbərləri arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərif arasında telefon söhbəti olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, nazirlər telefon danışığı zamanı bölgədəki son hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər. 

Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırır. E.Məmmədyarov general Qasim Süleymaninin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi