Azərbaycan və İran XİN başçıları ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər - YENİLƏNİB-2

Azərbaycan və İran XİN başçıları ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər - YENİLƏNİB-2 Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərif nəqliyyat layihələrinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar
Xarici siyasət
1 Dekabr , 2017 16:24
Azərbaycan və İran XİN başçıları ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər - YENİLƏNİB-2
Report

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan XİN nazirlərin görüşü ilə bağlı rəsmi məlumat yayıb.

"Report"un xəbərinə görə, məlumatda bildirilib ki, xarici işlər naziri E.Məmmədyarov Asiyanın Qəlbi-İstanbul Prosesi çərçivəsində keçirilən VII Nazirlər Konfransında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan İranın xarici işlər naziri Cavad Zəriflə görüşüb. Görüşdə nazirlər İran və Azərbaycan arasında dostluq və mehriban qonşuluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı istiqamətində atılan davamlı səyləri təqdir ediblər.

Nazirlər ikitərəfli münasibətlərin ruhuna uyğun olaraq, müxtəlif formatlarda da əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini qeyd ediblər. Bu xüsusda, 19-20 dekabr tarixlərində Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan-İran-Türkiyə üçtərəfli görüşünün regional əməkdaşlıq baxımdan vacib rolunu nəzərə çatdırıblar və üçtərəfli əməkdaşlığın yeni formatlarının yaradılmasına dair fikir mübadiləsi aparıblar.

Tərəflər Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı ilə əlaqədar məsələlərə toxunublar və bu layihənin Cənubi Asiya ilə Şimali Avropanı birləşdirən və regionlar boyunca əməkdaşlığı və çiçəklənməni təşviq edəcəyinə əminlik ifadə ediblər.

Nazirlər Xəzər dənizinin hüquqi statusuna dair məsələləri müzakirə ediblər və Azərbaycan və İranın digər Xəzəryanı dövlətlərlə birlikdə Xəzər dənizini dostluq və əməkdaşlıq məkanı kimi inkişaf etdirmək əzmini ifadə ediblər.

Görüş əsnasında Asiyanın Qəlbi-İstanbul prosesinin Əfqanıstan, ümumilikdə isə bütün region və onun hüdudlarından kənarda sabitlik, təhlükəsizlik və tərəqqinin təşviqi istiqamətində iştirakçı və dəstəkləyən tərəflərin səylərini birləşdirdiyi unikal platforma olduğu vurğulanıb və bu xüsusda VII Bakı nazirlər toplantısının əhəmiyyəti qeyd olunub.


*** 15:39

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan və İran xarici işlər nazirləri - Elmar Məmmədyarov ilə Məhəmməd Cavad Zərif ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

"Report" xəbər verir ki, görüş zamanı nazirlər həmçinin nəqliyyat layihələrinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Eyni zamanda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi məqsədilə Moskvada keçiriləcək Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin qarşıdakı görüşü müzakirə olunub.


*** 15:10

Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında görüş başlayıb.

"Report" xəbər verir ki, XİN başçılarının ikitərəfli görüşü “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransı çərçivəsində keçirilir.

Tərəflər Azərbaycan və İran arasında əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də ən aktual beynəlxalq və regional məsələləri müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi