Azərbaycan və İran prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və İran prezidentlərinin geniş tərkibdə görüşü olub Görüşdə ölkələrimiz arasında mədəni, iqtisadi, dini əlaqələrin və mehriban qonşuluğun əməkdaşlığımızın əsasını təşkil etdiyi vurğulanıb
Xarici siyasət
5 Mart , 2017 12:28
Azərbaycan və İran prezidentlərinin geniş tərkibdə görüşü olub

Bakı. 5 mart. REPORT.AZ/ Martın 5-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

"Report" xəbər verir ki, görüşdə ölkələrimiz arasında mədəni, iqtisadi, dini əlaqələrin və mehriban qonşuluğun əməkdaşlığımızın əsasını təşkil etdiyi vurğulanıb. Azərbaycan ilə İran arasında əlaqələrin ölkələrimizin maraqları əsasında inkişaf etdiyinin qeyd olunduğu görüşdə qarşılıqlı sərmayə qoyuluşunun əhəmiyyəti diqqətə çatdırılıb, bu istiqamətdə bir sıra addımların atıldığı bildirilib.

Söhbət zamanı iqtisadi əlaqələrimizin sürətlə inkişaf etdiyi, Xəzər dənizində, enerji, o cümlədən neft-qaz sahələrində əməkdaşlığın yaxşı potensialının olduğu vurğulanıb. Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub, hərbi-texniki sahədə əməkdaşlıq üçün yaxşı perspektivlərin mövcudluğu diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq münasibətlərinin son illər daha yüksək səviyyəyə çatdığı vurğulanıb, əlaqələrimizin bundan sonra da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi