Azərbaycan və İordaniya XİN-ləri arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı məktub mübadiləsi olub

Azərbaycan və İordaniya XİN-ləri arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı məktub mübadiləsi olub Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İordaniya Haşimilər Krallığının xarici işlər naziri Ayman əs-Safadi arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.
Xarici siyasət
16 Mart , 2018 17:08
Azərbaycan və İordaniya XİN-ləri arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı məktub mübadiləsi olub

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İordaniya Haşimilər Krallığının xarici işlər naziri Ayman əs-Safadi arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. 

E.Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 il ərzində istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığın münasibətlərin inkişafına təkan verdiyini bildirib. 

Məktubda BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub. Beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən qətnamələrin qəbul edilməsində dost İordaniyanın dəstəyi təqdir edilib, bunun davam etdiriləcəyinə ümidvarlıq ifadə olunub. 

Habelə Azərbaycan və İordaniya arasında imzalanmış sənədlərin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açdığı, iki xalqın mənafeyinə uyğun Azərbaycan-İordaniya dostluğuna xidmət etdiyi vurğulanıb. 

E.Məmmədyarov mövcud ənənəvi dostluq münasibətlərinə söykənərək birgə səylərlə ikitərəfli əməkdaşlığın iki ölkənin çiçəklənməsi və iki xalqın rifahı naminə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. 

İordaniya Haşimilər Krallığının xarici işlər naziri Ayman əs-Safadi Elmar Məmmədyarova ünvanladığı məktubunda iki dost ölkə arasında diplomatik münasibətlərin qurulmasından etibarən qarşılıqlı anlaşma, dəstək və əməkdaşlığa əsaslanan səmimi münasibətlərə malik olduğunu qeyd edib. O, bu xüsusda Azərbaycan-İordaniya Birgə Komissiyasının Əmmanda keçiriləcək görüşünün ikitərəfli münasibətləri yeni səviyyəyə qaldıracağına əminliyin ifadə edib.

Son xəbərlər

Orphus sistemi