Azərbaycan və Hollandiya iqtisadi əməkdaşlığın inkişafı üzrə proqram yaradacaq

Azərbaycan və Hollandiya iqtisadi əməkdaşlığın inkişafı üzrə proqram yaradacaq Nazir: "Hollandiya əməkdaşlıq baxımından Azərbaycan üçün maraqlı ölkədir"
Xarici siyasət
11 May , 2016 13:59
Azərbaycan və Hollandiya iqtisadi əməkdaşlığın inkişafı üzrə proqram yaradacaq

Bakı. 11 may. REPORT.AZ/ "Azərbaycan və Hollandiya arasında münasibətlər yaxşı səviyyədədir. Hollandiya Azərbaycanda ən böyük investorlardan biridir".

Bunu "Report"a açıqlamasında Bakıda səfərdə olan Hollandiyanın iqtisadi məsələlər üzrə naziri Henk Kamp deyib.

Nazir ölkə iqtisadiyyatının şaxələndirilməsinin vacibliyini vurğulayıb: "Hollandiya əməkdaşlıq baxımından Azərbaycan üçün maraqlı ölkədir. Biz kənd təsərrüfatı, yüksək texnologiyalar, logistika, infrastruktur sahələrində güclüyük və bu, bizə Azərbaycanla birgə işləmək üçün imkan verir. Bu, Hollandiya üçün faydalıdır və düşünürəm ki, elə Azərbaycan üçün də faydalı olardı".

H.Kamp həmçinin azərbaycanlı həmkarı Şahin Mustafayevlə görüşündə iqtisadi əməkdaşlığın inkişafı üzrə birgə iş üçün proqram yaradılması barədə razılığa gəlindiyini bildirib.

Eyni zamanda, nazir Azərbaycanın Hollandiyanın İranla əlaqələrinin möhkəmləndirilməsi üçün Azərbaycanın necə kömək edə biləcəyinə də aydınlıq gətirib: "Biz İranın Azərbaycanla gözəl münasibətlərinin olduğunun şahidiyik. Onlar Azərbaycanı yaxşı qonşu kimi görür və Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Regionun gələcək sabitliyi üçün İranla Avropanın da yaxşı münasibətlərinin olmasının zəruri olması qənaətindəyik və biz bu münasibətlərə investisiya yatırırıq".

Qeyd edək ki, H.Kamp Azərbaycandan sonra İrana səfər edəcək.

Son xəbərlər

Orphus sistemi