Azərbaycan və Gürcüstanın beyin mərkəzlərinin əsas əməkdaşlıq istiqamətləri açıqlanıb

Azərbaycan və Gürcüstanın beyin mərkəzlərinin əsas əməkdaşlıq istiqamətləri açıqlanıb “Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondu Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə qarşılıqlı əməkdaşlığı inkişaf etdirəcək”.
Xarici siyasət
13 Sentyabr , 2019 13:24
Azərbaycan və Gürcüstanın beyin mərkəzlərinin əsas əməkdaşlıq istiqamətləri açıqlanıb

“Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondu Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə qarşılıqlı əməkdaşlığı inkişaf etdirəcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə fondun prezidenti Ekaterine Metreveli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün BMTM nümayəndələri ilə vacib görüş keçirilib: “Biz azərbaycanlı tərəfdaş və həmkarlarımızla məhsuldar və maraqlı müzakirələr apardıq. Əməkdaşlığı davam etdirmək və daha da inkişaf etdirməklə bağlı razılığa gəldik”.

E.Metreveli qeyd edib ki, BMTM ilə energetika, nəqliyyat dəhlizləri, təhlükəsizlik məsələləri və mədəni əlaqələr istiqamətləri üzrə əməkdaşlıq həyata keçiriləcək. 

O əlavə edib ki, əsas əməkdaşlıq istiqamətləri bu gün mərkəzlə imzalanan memorandumda əks olunub.

Fond rəhbəri BMTM ilə birgə konfransların təşkil olunacağının da nəzərdə tutulduğunu bildirib: “Bizim fondun son on ildə konfrans təşkil etməklə bağlı böyük təcrübəsi var. Fondumuz Gürcüstan, Azərbaycan və Türkiyənin beyin mərkəzlərinin iştirakı ilə üçtərəfli konfranslar da təşkil edib. Biz bu üçtərəfli əməkdaşlığı davam etdirəcəyik”.

Orphus sistemi