Yuxarı

Azərbaycan və Gürcüstanın baş nazirləri Cənub qaz dəhlizinin həyata keçirilməsini müzakirə edib

Hökumət başçıları ölkələr arasında siyasi, iqtisadi və humanitar sahələrdəki əməkdaşlıqda müşahidə olunan müsbət dinamikanı qeyd edib

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan baş naziri Artur Rasi-zadə Bakıda gürcüstanlı həmkarı Giorgi Kvirikaşvili ilə keçirdiyi görüşdə birgə nəqliyyat və energetika layihələrini müzakirə ediblər.

"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, görüş zamanı hökumət başçıları ölkələr arasında siyasi, iqtisadi və humanitar sahələrdəki əməkdaşlıqda müşahidə olunan müsbət dinamikanı qeyd edib.

"Əsas diqqət Gürcüstan və Azərbaycanın birgə həyata keçirdikləri regional miqyaslı iri nəqliyyat və energetika layihələrinə ayrılıb. Xüsusilə Cənub qaz dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri qeyd olunub", - Gürcüstan hökumət başçısının mətbuat xidmətinin bəyanatında bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi