Azərbaycan və Gürcüstan XİN rəhbərləri arasında görüş keçirilib

Azərbaycan və Gürcüstan XİN rəhbərləri arasında görüş keçirilib Tbilisi. 29 oktyabr. REPORT.AZ/ Gürcüstanın xarici işlər naziri David Zalkaliani İstanbulda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb.
Xarici siyasət
1200
29 Oktyabr , 2018 17:01
Azərbaycan və Gürcüstan XİN rəhbərləri arasında görüş keçirilib
0 : 00
0 : 00

Tbilisi. 29 oktyabr. REPORT.AZ/ Gürcüstanın xarici işlər naziri David Zalkaliani İstanbulda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüşdə hər ilki ölkənin XİN başçısı Gürcüstan və Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərini bir daha vurğulayıblar. Gürcüstanın baş naziri Mamuka Baxtadzenin Azərbaycana səfəri və Bakıda keçirdiyi görüşlər yüksək qiymətləndirilib.

D.Zalkaliani və E.Məmmədyarov regional əməkdaşlıq məsələləri və Azərbaycan - Gürcüstan - Türkiyə üçtərəfli formatı çərçivəsində reallaşdırılan layihələri nəzərdən keçiriblər.

Hər iki nazir üçtərəfli formatın mədəniyyət, turizm və digər sahələrdə böyük potensiala malik olduğunu qeyd ediblər.

Tərəflər Azərbaycan və Gürcüstanın beynəlxalq tranzit və enerji layihələrində iştirakının əhəmiyyətindən söz açıblar. Nazirlər bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini yüksək qiymətləndirib, TANAP layihəsinin açılışını alqışlayıblar.

Nazirlər Gürcüstan və Azərbaycanın tranzit imkanlarının gələcəkdə də təşviq olunması istiqamətində işlərin aparılması ilə bağlı hazırlıq ifadə ediblər.

Görüşdə həmçinin iki ölkə arasında ticari-iqtisadi əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib və Azərbaycanın Gürcüstanın ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb.

Son xəbərlər

Orphus sistemi