​Azərbaycan və Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə tədbirlər planı müəyyənləşdirilib

​Azərbaycan və Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə tədbirlər planı müəyyənləşdirilib "David Qareci monastırı ətrafındakı mübahisəli ərazilər məsələsi də müzakirə olunur"
Xarici siyasət
7 Avqust , 2015 17:30
​Azərbaycan və Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə tədbirlər planı müəyyənləşdirilib

Bakı. 7 avqust. REPORT.AZ/ "Azərbaycan və Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın sonuncu iclası bu ilin iyununda keçirilib. Görüşdə fəaliyyət planı müəyyənləşdirilib".

"Report" xəbər verir ki, bu barədə iki ölkə arasında sərhədlərin delimitasiyası prosesini şərh edən Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, görüşdə iki ölkənin işçi qruplarının həmsədrləri də iştirak edib və iş öz qaydasında davam edir: "David Qareci (Keşiş dağ - red.) monastırı ətrafındakı mübahisəli ərazilər məsələsi də müzakirə olunur".

Son xəbərlər

Orphus sistemi