Yuxarı

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələrinin fəaliyyətinə dair Saziş hazırlanır

18-19 dekabrda Azərbaycan Sərhəd Xidməti və Gürcüstan DİN Sərhəd Nümayəndələrinin Fəaliyyətinə dair Sazişin Hazırlanması mövzusunda təlim keçirilib

Bakı. 19 dekabr. REPORT.AZ/ BMT-nin İnkişaf Proqramı, Avropa İttifaqı və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” adlı birgə layihəsi çərçivəsində hər iki ölkənin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulur.

BMT-dən "Report"a verilən məlumata görə, layihə çərçivəsində nəzərdə tutulan təlimlər layihənin əsas komponentlərinin məqsədlərinə uyğun hazırlanaraq həyata keçiriləcək.

Layihənin komponentlərinin birinin Azərbaycan və Gürcüstan arasında sərhəd mühafizəsinin gücləndirilməsi istiqamətində əlaqələndirilmiş tədbirlərin hazırlanması və tətbiqini nəzərə alaraq, ilk təlimin “Azərbaycan Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Nümayəndələrinin Fəaliyyətinə dair Sazişin Hazırlanması” mövzusunda 18-19 dekabr tarixində Bakı şəhərində keçirilib.

Təlimdə Sərhəd əməkdaşlığına dair ikitərəfli və beynəlxalq sazişlərin hazırlanmasına dair beynəlxalq təcrübə müzakirə ediləcək, belə sazişlərin səmərəliyi və onların icra mexanizmləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Tədbir layihə üzrə tərəfdaş olan Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCMPD) beynəlxalq ekspertləri tərəfindən keçirilib. Tədbirdə Azərbaycan Respublikasının aidiyyəti qurumlarının nümayəndələri iştirak edib.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi