Azərbaycan və Gürcüstan prezidentləri Birgə Bəyannamə imzalayıblar

Azərbaycan və Gürcüstan prezidentləri Birgə Bəyannamə imzalayıblar Hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış ediblər
Xarici siyasət
5 Noyabr , 2015 20:24
Azərbaycan və Gürcüstan prezidentləri Birgə Bəyannamə imzalayıblar

Bakı. 5 noyabr. REPORT.AZ/ Noyabrın 5-də Prezident İlham Əliyev və Prezident Giorgi Marqvelaşvili Azərbaycan Respublikası ilə Gürcüstan arasında Birgə Bəyannamə imzalayıblar.

"Report"un məlumatına görə, sənəd Azərbaycan və Gürcüstan prezidentləri arasında geniş tərkibdə görüş başa çatdıqdan sonra imzalanıb. 

Daha sonra Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin adından rəsmi nahar verilib.

Dövlət başçıları naharda çıxış ediblər.