Tbilisidə Azərbaycan və Gürcüstan prezidentləri arasında təkbətək görüş keçirilib

Tbilisidə Azərbaycan və Gürcüstan prezidentləri arasında təkbətək görüş keçirilib Söhbət zamanı beynəlxalq, ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
5 Noyabr , 2015 19:45
Tbilisidə Azərbaycan və Gürcüstan prezidentləri arasında təkbətək görüş keçirilib

Bakı. 5 noyabr. REPORT.AZ/ Noyabrın 5-də Tbilisidə rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin təkbətək görüşü olub.

"Report"un məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan Prezidentinin Gürcüstana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi vurğulanıb. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı beynəlxalq, ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi