Yuxarı
    Bağlamaq

    Azərbaycan və Fələstin arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb

    Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Fələstin dövlətinə səfər edib

    Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov  Fələstin dövlətinə səfər edib. XİN-dən "Report"a verilən məlumatına görə, səfər zamanı o, Fələstin dövlətinin baş naziri Rami Hamdallah, Fələstin Azadlıq Təşkilatının baş katibi Saeb Erekat və xarici işlər nazirinin müavini Tayser Caradat ilə görüşlər keçirib. 

    Keçirilmiş görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, eləcə də Yaxın Şərq və Cənubi Qafqazda regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Səfər zamanı “Azərbaycan və Fələstin hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında saziş” imzalanlb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi