Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş keçirilib

Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş keçirilib Vyanada ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.
Xarici siyasət
29 Mart , 2019 02:52
Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş keçirilib

Vyanada ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

XİN-dən "Report"a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 29 mart tarixində keçiriləcək görüşdə toxunula bilinəcək məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi