Azərbaycan və Ermənistan XİN başçıları ATƏT-in qeyri-rəsmi iclası zamanı görüşməyi planlaşdırır

Azərbaycan və Ermənistan XİN başçıları ATƏT-in qeyri-rəsmi iclası zamanı görüşməyi planlaşdırır Müvafiq təklifi ATƏT-in Minsk qurpunun həmsədrləri irəli sürüb
Xarici siyasət
30 İyun , 2017 12:52
Azərbaycan və Ermənistan XİN başçıları ATƏT-in qeyri-rəsmi iclası zamanı görüşməyi planlaşdırır

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan iyulda görüşməyi planlaşdırır.

"Report" xəbər verir ki, müvafiq təklifi bu yaxınlarda regiona səfər zamanı ATƏT-in Minsk qurpunun həmsədrləri irəli sürüb.

İki ölkənin xarici işlər nazirlərinə iyulun 11-də Avstriyanın Mauerbax şəhərində keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində görüşmək təklif edilib.

Dağlıq Qarabağ münaqişəsi üzrə vasitəçilərin də bu görüşdə iştirak edəcəyi gözlənilir.

Ermənistan KİV-inin yazdığına görə, E.Nalbandyan XİN başçılarının görüşünün yaxın zamanlarda ola biləcəyini təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi