Azərbaycan və Əfqanıstan prezidentlərinin təkbətək görüşü olub

Azərbaycan və Əfqanıstan prezidentlərinin təkbətək görüşü olub Görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib
Xarici siyasət
1 Dekabr , 2017 12:15
Azərbaycan və Əfqanıstan prezidentlərinin təkbətək görüşü olub

Bakı.1 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda işgüzar səfərdə olan Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub.

“Report” xəbər verir ki, dövlət başçısı İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini qarşılayıb. 

Sonra prezidentlər birgə foto çəkdiriblər.

Görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransının əhəmiyyəti qeyd edilib.

Bu səfərin iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi