Azərbaycan və Çexiya XİN başçıları Praqada görüş keçirib

Azərbaycan və Çexiya XİN başçıları Praqada görüş keçirib Tərəflər ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini, "Şərq Tərəfdaşlığı" proqramını müzakirə edib
Xarici siyasət
4 May , 2016 11:15
Azərbaycan və Çexiya XİN başçıları Praqada görüş keçirib

Bakı. 4 may. REPORT.AZ/ Praqa səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çexiyalı həmkarı Lübomir Zaoralek ilə görüşüb.

"Report" xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini, "Şərq Tərəfdaşlığı" proqramını müzakirə edib, mühüm regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, E.Məmmədyarov dünən Vışeqrad qrupu (Polşa, Çexiya, Slovakiya, Macarıstan) və Şərq Tərəfdaşlığı (Azərbaycan, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan) ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Praqaya gedib.

Son xəbərlər

Orphus sistemi