​Azərbaycan və Çexiya prezidentlərinin təkbətək görüşü olub

​Azərbaycan və Çexiya prezidentlərinin təkbətək görüşü olub Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib
Xarici siyasət
15 Sentyabr , 2015 16:02
​Azərbaycan və Çexiya prezidentlərinin təkbətək görüşü olub

Bakı. 15 sentyabr. REPORT.AZ/ Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Prezidenti Miloş Zemanın təkbətək görüşü olub.

"Report" xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Bu səfərin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib. İki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulanıb.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi