Yuxarı

Azərbaycan və Bolqarıstan kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edib

Bolqarıstan kənd təsərrüfatı və qida sənayesi naziri Azərbaycan səfiri ilə görüşüb

Bakı. 8 iyul. REPORT.AZ/ Bolqarıstan kənd təsərrüfatı və qida sənayesi naziri Daniela Taneva Azərbaycanın bu ölkədəki səfiri Nərgiz Qurbanova ilə görüşüb.

"Report" xəbər verir ki, görüş zamanı tərəflər kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının ticarəti sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını müzakirə ediblər.

N.Qurbanova kənd təsərrüfatının Azərbaycanda əhəmiyyətli bir sektor olduğunu bildirib. Səfir ölkəmizin taxıl istehsalı sahəsində təcrübə mübadiləsində maraqlı olduğunu vurğulayıb.

Bolqarıstanlı nazir qeyd edib ki, enerji mənbələrinin diversifikasiyası Bolqarıstan kənd təsərrüfatı üçün böyük əhəmiyyət daşıyır və bu, kənd təsərrüfatı məhsullarının dəyərinin azaldılmasını və onun bazarda daha rəqabətədavamlı olmasını təmin edə bilər.

Tərəflər hər iki ölkədə fermerlərə dəstək yollarını da müzakirə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi