BƏƏ ​Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır

BƏƏ ​Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır Baş konsul Pərviz İsmayılzadə BƏƏ-nin vitse-prezidenti ilə görüşüb
Xarici siyasət
30 Yanvar , 2015 18:33
BƏƏ ​Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycanın Dubay və Şimal Əmirliklərindəki baş konsulu Pərviz İsmayılzadə Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri, müdafiə naziri, Dubay Əmirliyinin hökmdarı Şeyx Məhəmməd bin Raşid Əl Məktumun xanımı Ülyahəzrətləri Haya bint əl-Hüseyn ilə görüş keçirib. 

Azərbaycan XİN-dən "Report"a verilən məlumatına görə, görüş zamanı Pərviz İsmayılzadə baş konsulluğun Dubay Əmirliyində fəaliyyəti və dövlət qurumları ilə yüksək səviyyədə olan münasibətlərindən söhbət açıb.

Ülyahəzrətləri Haya bint əl-Hüseyn Bakı şəhərinə etdiyi son səfərindən danışaraq, səfərdən məmnun qaldığını, Azərbaycan və paytaxt Bakının sürətli inkişafının onda böyük təəssüratlar doğurduğunu diqqətə çatdırıb.

Ülyahəzrətləri Haya bint əl-Hüseyn Azərbaycan ilə əlaqələrin daha da inkişaf etməsində maraqlı olduqlarını qeyd edərək, bu istiqamətdə lazımı dəstəyin göstəriləcəyini vurğulayıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi