Azərbaycan və Belçika XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edib

Azərbaycan və Belçika XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edib Elmar Məmmədyarov Bakıda səfərdə olan Belçikanın xarici işlər naziri ilə görüş keçirib
Xarici siyasət
28 Aprel , 2015 14:55
Azərbaycan və Belçika XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edib

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Belçikanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Didye Reynders ilə görüş keçirib. 

"Report" xəbər verir ki, görüşlərin nəticəsi ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan XİN rəhbəri bildirib ki, tərəflər ikitərəfli əməkdaşlığın perspektivlərini, bir sıra regional məsələləri, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini müzakirə edib. E.Məmmədyarov belçikalı həmkarını danışıq prosesinin gedişi barədə məlumatlandırıb. Tərəflər həmçinin Ukrayna böhranını müzakirə edib. 

Belçika XİN rəhbəri münaqişənin sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.  O qeyd edib ki, təmas xəttində vəziyyətin yaxşılaşmasını görməyi arzu edir. D.Reynders vurğulayıb ki, Belçika ATƏT-in Minsk qrupu çərçivəsində sülh prosesinin dəstəklənməsi və insanlar arasında münasibətlərin təşkil olunması üçün bütün səyləri göstərməyə hazırdır. 

Belçika XİN rəhbəri həmçinin bildirib ki, səfər zamanı o, qaçqınlar və məcburi köçkünlərin yerləşdirildiyi yerlərə baş çəkib və onlarla bağlı məsələlərin həllinin vacibliyini qeyd edib. 

Son xəbərlər

Orphus sistemi