Azərbaycan və Belarus qarşılıqlı siyasi və iqtisadi əlaqələri müzakirə edib

Azərbaycan və Belarus qarşılıqlı siyasi və iqtisadi əlaqələri müzakirə edib Əməkdaşlığın perspektivli istiqamətlərinə dair fikir mübadiləsi aparılıb
Xarici siyasət
11 Yanvar , 2017 22:32
Azərbaycan və Belarus qarşılıqlı siyasi və iqtisadi əlaqələri müzakirə edib

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycanın Belarusa yeni təyin olunmuş səfiri Lətif Qəndilov etimadnaməsini bu ölkənin xarici işlər naziri Vladimir Makeyə təqdim edib.

"Report" xəbər verir ki, bu barədə Belarusun Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Görüş zamanı Belarus-Azərbaycan siyasi və iqtisadi əlaqələrinin bütün spektrları müzakirə olunub. Əməkdaşlığın perspektivli istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Xüsusilə, istehsal və elmi-texniki kooperasiya, kənd təsərrüfatı, səhiyyə və idman sahələrində uzunmüddətli birgə layihələrin reallaşdırılması məsələləri müzakirə olunub", - deyə məlumatda qeyd olunur.

Tərəflər Belarus prezidenti Aleksandr Lukaşenkonun 2016-cı ilin noyabrında Azərbaycana rəsmi səfəri zamanı iki ölkə arasında imzalanmış 2025-ci ilədək Belarus və Azərbaycan arasında sosial-iqtisadi əməkdaşlıq proqramının reallaşdırılmasının hər iki ölkə səfirliyinin işində prioritet olacağına dair şərtləşiblər.

Son xəbərlər

Orphus sistemi