​Azərbaycan və Belarus arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

​Azərbaycan və Belarus arasında əməkdaşlıq perspektivləri müzakirə olunub Belarus səfiri Azərbaycanın Baş naziri ilə görüşüb
Xarici siyasət
8 İyul , 2015 11:59
​Azərbaycan və Belarus arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı. 8 iyul. REPORT.AZ/ Diplomatik missiyasının başa çatması ilə əlaqədar Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç Baş nazir Artur Rasi-zadə ilə görüşüb.

"Report" Belarusun Azərbaycandakı səfirliyindən əldə etdiyi məlumata istinadən xəbər verir ki, görüş zamanı iki ölkə arasında qarşılıqlı ticarət və sənaye sahəsindəki əlaqələr, birgə layihələrin həyata keçirilməsi, o cümlədən iqtisadi əməkdaşlığın perspektivləri, eləcə də Belarus və Azərbaycan arasında əməkdaşlığın digər aktual məsələləri müzakirə olunub.

Tərəflər ölkələr arasında ticarət və iqtisadi sahədə əvvəllər əldə olunan razılaşmaların həyata keçirilməsi üzrə birgə işin davam etdirilməsinin vacib olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi