Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi yanvarda keçiriləcək

Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi yanvarda keçiriləcək Kestutis Yankauskas: "Bakıda aparılan danışıqlar məhsuldar oldu"
Xarici siyasət
1575
7 Dekabr , 2018 16:38
Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi yanvarda keçiriləcək
Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas / Report

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi gələn ilin yanvar ayında Brüsseldə keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib.

Dekabrın 4-6-da Bakıda keçirilən Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsini şərh edən səfir qeyd edib ki, danışıqlar məhsuldar olub, bu gün də danışıqlar çərçivəsində sektoral məsələlər üzrə videokonfrans keçirilib.

Səfir vurğulayıb ki, Bakıya gələn Avropa İttifaqının nümayəndə heyəti geniş olub və bu, Aİ-nin Azərbaycanla saziş bağlamaq niyyətinin ciddiliyini göstərir.