Azərbaycan və Acarıstan kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə edib

Azərbaycan və Acarıstan kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə edib Azərbaycanın Batumidəki baş konsulu Muxtar Respublikanın kənd təsərrüfatı naziri ilə görüş keçirib
Xarici siyasət
25 Sentyabr , 2017 16:36
Azərbaycan və Acarıstan kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə edib
Azərbaycanın Acarıstandakı BK

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov Acarıstan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Avtandil Meskidxe ilə görüşüb.

Baş konsulluğun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, R.İsmayılov A.Meskidxeni kənd təsərrüfatı naziri təyin olunması münasibəti ilə təbrik edib.

Görüş zamanı baş konsul iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, eləcə də Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatlar barədə məlumat verib.

Öz növbəsində, A.Meskidxe Acarıstanın kənd təsərrüfatı məhsullarının Azərbaycan bazarına çıxarılmasının, həmçinin Azərbaycan kənd təsərrüfatı məhsullarının Acarıstana ixracının artırılması məsələlərinin önəmlı olduğunu qeyd edib. 

Son xəbərlər

Orphus sistemi