Azərbaycan üç Afrika dövlətinə Ebola epidemiyası ilə mübarizə üçün yardım ayırıb

Azərbaycan üç Afrika dövlətinə Ebola epidemiyası ilə mübarizə üçün yardım ayırıb AİDA rəhbəri Efiopiyada keçirilən İnkişafın maliyyələşdirilməsi üzrə üçüncü beynəlxalq konfransda iştirak edib
Xarici siyasət
16 İyul , 2015 13:17
Azərbaycan üç Afrika dövlətinə Ebola epidemiyası ilə mübarizə üçün yardım ayırıb

Bakı. 16 iyul. REPORT.AZ/ Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən İnkişafın maliyyələşdirilməsi üzrə üçüncü beynəlxalq konfransda iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyulun 13-dən16-dək davam edən tədbirdə çıxış edən Ə.Şıxəliyev Azərbaycanın siyasi-iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi nailiyyətləri, iqtisadiyyatın diversifikasiyı, özəl sektorun inkişafı, yoxsulluğun aradan qaldırılması, ölkənin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr və digər vacib tədbirlər strateji tədbirlər haqqında məlumat verib. O, Azərbaycanın yeni donor ölkəsinə çevrildiyi və dünya miqyasında donorlar ailəsinə qoşulduğunu bildirərək, ölkənin Heydər Əliyev Fondu və AİDA vasitəsilə dünyanın müxtəlif dövlətlərinə yardımlar göstərdiyini və bu yaxınlarda üç Afrika dövlətinə Ebola epidemiyası ilə mübarizəyə yardım etdiyini vurğulayıb. Bu günədək Afrika, Latın Amerikası və Asiyanın 40-dan çox ölkəsinin AİDA-nın humanitar, maliyyə və texniki yardımlarından faydalandığı bildirildi. Həmçinin, ölkəmizin 20% ərazisinin Ermənistan tərəfindən işğal olunduğu və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü tədbir iştirakçılarının diqqətinə çatdırıb..

Konfrans Efiopiya hökuməti və BMT baş katibliyinin birgə təşəbbüs və təşkilatçılığı ilə keçirilib. Konfransın keçirilməsində əsas məqsəd 2015-ci il sonrası inkişaf gündəliyinin həyata keçirilməsinə dəstəyin və töhfənin verilməsi üçün müzakirələrin aparılmasıdır. Tədbirdə dünya ölkələrinin dövlət nümayəndələri ilə yanaşı, bir çox inkişaf agentlikləri və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərləri iştirak edib. Eyni mövzuda ilk konfrans 2002-ci ilin 18-22 martında Meksikanın Monterrey şəhərində,  ikinci konfrans isə Qətərin  paytaxtı Dohada 29 noyabr-2 dekabr 2008-ci il tarixlərdə keçirilib.

Son xəbərlər

Orphus sistemi