Yuxarı
    Bağlamaq

    ​Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının növbəti görüşü Bakıda keçirilə bilər

    Elmar Məmmədyarov həmkarlarını Azərbaycan dəvət edib

    Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Bakıda keçirilə bilər.

    Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan XİN başçısı Elmar Məmmədyarov avqustun 28-də Antalyada keçirilən üçtərəfli görüşdə bu təkliflə çıxış edib.

    "Fürsətdən istifadə edərək əziz həmkarlarımı Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm", - nazir deyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi