Yuxarı

​Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin görüşü keçiriləcək

Gürüşdə əsas məsələ kimi energetika sahəsindəki əməkdaşlıq perspektivləri müzakirə olunacaq

Bakı. 23 yanvar. REPORT.AZ/ Yanvarın 29-də Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bununla bağlı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Aşqabada səfər edəcək.

Görüşdə tərəflər arasında beynəlxalq və regional xarakterli məsələlər ətrafında müzakirələr aparılacaq. Burada əsas məsələ kimi energetika sahəsindəki əməkdaşlıq perspektivləri də müzakirə obyekti olacaq.

Qeyd edək ki, bu formatda ilk görüş ötən il mayın 26-da Bakıda baş tutmuşdu. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi